AZ

ABŞ ın ordu katibi Kiyevdədir

ain.az, Ayna portalına istinadən məlumat verir.

Daniel Driskol Ukrayna səfərindən sonra Rusiya rəsmiləri ilə görüşmək niyyətindədir

Bu gün Kiyevdə Ukrayna hakimiyyəti ilə danışıqlar aparacaq ABŞ-ın ordu katibi Daniel Driskol daha sonra Rusiya tərəfi ilə görüşmək niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Xəbərdə deyilir: "ABŞ ordu katibi Daniel Driskol iki dördulduzlu ABŞ ordusu generalı ilə birlikdə Kiyevdə Prezident Volodimir Zelenski və digər Ukrayna rəsmiləri, eləcə də yüksək rütbəli hərbi və sənaye nümayəndələri ilə danışıqlar aparmalıdır. Driskol daha sonra Rusiya rəsmiləri ilə görüşməyi planlaşdırır".

Bundan bir müddət əvvəl "Politico" ABŞ ordu katibinin rəhbərlik etdiyi nümayəndə heyətinin Kiyevə gəlişi barədə məlumat vermişdi. Səfərin əsas məqsədlərindən biri Kiyevin dron istehsalı texnologiyasını Vaşinqtona ötürəcəyi bir razılaşma üzrə danışıqlar aparmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
113
ayna.az

1Mənbələr