AZ

Daha 2 komanda dünya çempionatında

"Football-plus.az" xəbər verir ki, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının daha iki iştirakçısı müəyyənləşib.

Noyabrın 17-də keçirilən oyunlardan sonra Almaniya və Niderland yığmaları da mundiala vəsiqə qazanıblar. Bununla da DÇ-2026-da iştirakı dəqiqləşən milli komandaların sayı 34-ə çatıb.

Buna qədər meydan sahibləri - ABŞ, Kanada və Meksika ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo Verde, Cənubi Afrika, Seneqal, Kot d’İvuar, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç və Portuqaliya mundialda iştirak hüququ qazanıb.

2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatında 48 komanda iştirak edəcək.

Seçilən
19
4
football-plus.az

10Mənbələr