AZ

Bu ölkə “Lukoyl”un aktivlərini ALIR

ABŞ-ın neft nəhəngi “ExxonMobil” şirkəti “Lukoyl”un Qazaxıstandakı aktivlərini, o cümlədən Karaçaqanak və Tengiz layihələrindəki payları əldə etmək imkanlarını araşdırır.

Minval.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatında bildirilir ki, “Chevron” da oxşar variantları araşdırır.

Bundan əlavə, “Exxon” “Lukoil” in əsas beynəlxalq aktivlərindən biri hesab edilən İraqın “Qərbi Qurna” 2 yatağı üçün də təklif verə bilər.

Daha əvvəl bildirilib ki, Rusiya şirkəti ABŞ və Böyük Britaniyanın sanksiyalarına görə bir sıra beynəlxalq layihələrdən tədricən çıxmaq niyyətindədir və OFAC lisenziyası əsasında aktivlərin satışı ilə bağlı təklifləri araşdırır.

Minval.info

Seçilən
37
1
minval.info

2Mənbələr