AZ

İspaniya dünya rekordunu təkrarladı

İspaniya yığması rəsmi oyunlarda əsas vaxtda məğlubiyyətsizlik seriyasını 31 matça çatdırıb.

Publika.az xəbər verir ki, bu göstərici dünya çempionatı-2026-nın Avropa zonası seçmə mərhələsinin 6-cı turunda Türkiyə ilə keçirilən qarşılaşmada (2:2) rəsmiləşib.

AS nəşrinin məlumatına görə, rəsmi oyunlarda 2023-cü ildən bəri rəqiblərinə uduzmayan Luis de la Fuente komandası İtaliya millisinin 2018–2021-ci illərdə müəyyənləşdirdiyi 31 oyunluq dünya rekordunu təkrarlayıb.

İspaniya millisi rəsmi qarşılaşmada sonuncu dəfə 2023-cü ilin martında Şotlandiyaya qarşı Avro-2024-ün seçmə mərhələsində uduzub. Görüş 0:2 hesabı ilə başa çatıb.

Bu müddət ərzində yığma 2023-cü il Millətlər Liqasını və 2024-cü il Avropa çempionatını qazanıb.

Seçilən
9
publika.az

1Mənbələr