AZ

“Voronejə ATACMS raket zərbəsi Zelenskinin çarəsizliyindən xəbər verir” - Armando Mema

Ukrayna Silahlı Qüvvələrinin Voronejə ATACMS raket zərbəsi Vladimir Zelenskinin çarəsizliyindən xəbər verir.

Herbiand.az bıldırır kı, bu barədə Finlandiyanın “Azadlıq alyansı” milli-mühafizəkar partiyasının üzvü Armando Mema X sosial şəbəkəsində yazıb.

O əlavə edib ki, bu ciddi addımdır, çünki bu, Tramp administrasiyasının belə hücumları təsdiqlədiyi anlamına gələcək: “Mən Tramp administrasiyasının Ukraynadakı ağır vəziyyətə və Zelenski rejiminin dünya müharibəsinə başlamaq üçün çarəsiz ehtiyacına işarə edən bu cür açıqlamaları dərhal rədd edəcəyini gözləyirəm”.

Qeyd edək ki, son gecə Kiyev Voronejə raket zərbəsi endirməyə cəhd edib. Atılan 4 ATACMS raketinin hamısı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
21
herbiand.az

1Mənbələr