AZ

FİBA: Avropa Kubokunda Azərbaycan dueli baş tutacaq

Bu gün Azərbaycanın kişilərdən ibarət basketbol komandaları FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyunlarını keçirəcəklər.

Fanat.Az xəbər verir ki, I qrupunda yer alan "Neftçi" ilə "Abşeron Lions" yarışın 6-cı turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Sonuncu tur çərçivəsində qarşılaşma Bakı İdman Sarayında baş tutacaq və saat 19:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında əvvəlki dueldə “Neftçi” qələbə (104:86) qazanıb. 

FİBA Avropa Kuboku
I qrupu, 5-ci tur
19 notyabr

19:00. "Neftçi" (Azərbaycan) – "Abşeron Lions" (Azərbaycan)
Hakimlər: İlias Kounelles (Kipr), Elvis Kouders-Binders (Latviya), Alin Faur (Rumıniya). 
Bakı İdman Sarayı.

"Neftçi": Toni Perkoviç, Qalin Smit, Edvard Polayt, Camal Bey, Devonte Qrin, Stefan Keniç, Amil Həmzəyev, Fikrət Ələkbərov, Əkbər Məmmədov, Ağa Ağayev, Nicat Nəsirov.
"Abşeron Lions": Ceyms Freyzer, Obri Makalpayn, Deondre Cekson, Qedimians Orelik, Sadettin Donat, Calen Şou, Arinze Çidom, Deşon Eykens, İsmayıl Abdullayev, Nicat Məmmədli, Tamerlan Novruzlu. 

1. Trefl 5 4 1 +82 9
2. Neftçi 5 3 2 -1 8 
3. Kalev 5 2 3 -62 7 
4. Abşeron Lions 5 1 4 -19 6

Seçilən
3
fanat.az

1Mənbələr