AZ

Amerikalı nazir Ukrayna və Rusiya nümayəndələri ilə görüşəcək

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Amerikanın “Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb. “ABŞ-nin Ordu naziri Deniel Driskoll və iki dörd ulduzlu ABŞ ordusu generalı Volodimir Zelenski və digər Ukrayna rəsmiləri, eləcə də yüksək vəzifəli hərbi və sənaye nümayəndələri ilə danışıqlar aparmalıdırlar. Daha sonra Driskoll Rusiyanın rəsmi məmurları ilə görüşməyi planlaşdırır”, - qəzet yazır. Nəşrin məlumatına görə, Kiyevdəki nümayəndə heyəti ABŞ-nin pilotsuz təyyarələrin istehsalında geri qalmasını nəzərə alaraq, silah istehsalını müzakirə edəcək. Digər müzakirə mövzusu müharibəyə son qoymaq ideyaları olacaq. Xatırladaq ki, bu ilin əvvəlindən Rusiya və Ukrayna İstanbulda bir sıra görüşlər keçirib: 16 may, 2 iyun və 23 iyul. Sonuncu görüşün nəticələrinə əsasən, tərəflər müddət məhdudiyyəti olmadan ağır yaralı və xəstə personalın mübadiləsini davam etdirmək barədə razılığa gəliblər. Moskva Ukrayna Silahlı qüvvələrinin həlak olmuş əlavə 3000 əsgərinin cəsədini Kiyevə təhvil verməyə hazır olduğunu bildirib və hər tərəfdən ən azı 1200 məhbusun dəyişdirilməsini təklif edib. Onda Rusiya habelə siyasi, humanitar və hərbi məsələlər üzrə üç işçi qrupunun yaradılmasını təklif etsə də, Ukrayna buna cavab verməyib. Həmin vaxtdan bəri danışıqlar prosesi dayandırılıb. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azvision.az

1Mənbələr