AZ

Bəşəriyyət qorxunc böhranla üz-üzə: Şirin suyu insanlardan çox onlar "içirmiş"

Qlobal su istehlakı son iki onillikdə təxminən 25% artıb. Bu artım təkcə məişət istifadəsinə deyil, həm də material istehsalına təsir göstərir, çünki sənaye getdikcə daha çox şirin su əldə edir.

Publika.az xəbər verir ki, bu həyəcanverici məlumat "Phys.org" nəşrində dərc edilən son hesabatda əks olunub.

Tədqiqatda iştirak edən alimlər qeyd edirlər ki, əsas səbəblərdən biri polad, sement, plastik, kağız, rezin kimi materialların sənaye istehsalının sürətlə artmasıdır. Məhz bu "vacib" materialların istehsalı su ehtiyatlarına əhəmiyyətli təsir göstərir.

Məlumatda bildirilir ki, ən çox su tutumlu material metaldır - xüsusilə polad, ondan sonra kağız və plastikdir.

Bu artımın coğrafiyası da narahatedicidir. Şərqi və Cənubi Asiya regionlarında, eləcə də Okeaniyada sənaye sektorunda şirin su istehlakında xüsusilə kəskin artım müşahidə olunur. Bu, xüsusilə narahatlıq doğurur, çünki bu ölkələrdə artıq ciddi su çatışmazlığı problemi əvvəldən var idi.

Seçilən
15
publika.az

1Mənbələr