Bir vaxtlar şəhərin mərkəzi hissələrindən birində yaşayan sakinlər binaları söküləndən sonra çıxılmaz vəziyyətdə qalıblar.
Publika.az xəbər verir ki, sakinlər deyirlər ki, 2017-ci ildə evləri plana düşərkən seviniblər, ancaq sevincləri çox uzun çəkməyib.
Şikayətçilərin sözlərinə görə, kirayə pulları verilmədiyinə görə, öz hesablarına şəhərətrafı qəsəbələrdə yaşamağa məcbur qalıblar.
Onlar mövcud vəziyyətlə bağlı məhkəməyə müraciət ediblər. Dediklərinə görə, məhkəmə onların xeyrinə qərar verib, amma qərar icra olunmur.