Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
AzVision.az Ağ Ev administrasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, Ər-Riyad F-35 döyüş təyyarələri və 300-ə yaxın Amerika tankı alacaq, həmçinin Amerika müdafiə şirkətlərinin Səudiyyə Ərəbistanındakı əməliyyatlarını sadələşdirəcək. Eyni zamanda, Səudiyyə Krallığı ABŞ-yə yatırdığı sərmayələrin həcmini təxminən 1 trilyon dollara çatdıracağı vədini verib. ABŞ ilə Səudiyyə Ərəbistanı arasında strateji müdafiə sazişinin imzalanmasından sonra bu təfərrüatlar açıqlanıb. Səudiyyə Ərəbiztanının vəliəhd şahzadəsi, ölkənin baş naziri Mühəmməd bin Salman Əl Səudun Vaşinqtona səfəri çərçivəsində Ağ Evdə verilən şam yeməyində Amerika lideri Donald Tramp Səudiyyə Krallığını ABŞ-nin NATO-dan kənar əsas müttəfiqləri sırasına saldığını deyib. “Biz hərbi əməkdaşlığımızı yeni müstəviyə çıxarırıq. Bu, sizin bu gün qazandığınız növbəti qələbənizdir”, - Ağ Evin rəhbəri vurğulayıb. Noyabrın 18-də iki ölkə arasında imzalanan digər sazişlər nüvə enerjisi, kritik minerallar və süni intellekt sahəsində ölkələr arasında əməkdaşlığa yönəlib. Ər-Riyad Sülh Naminə Nüvə Müqaviləsini imzalamaqla Amerika şirkətlərinin krallığın bu sahədə prioritet tərəfdaşları olacağına razılıq verib. Minerallar Müqaviləsi isə, yüksək texnologiyalı istehsalda istifadə olunan minerallar üçün tədarük zəncirlərinin şaxələndirilməsi üzrə milli strategiyaları uzlaşdırır.
Sahil İsgəndərov
AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.