Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan Boks Federasiyasının İcra Komitəsinin üzvü Rövşən Hüseynovun ölkəmizdə dünya çempionu ola biləcək boksçuların mövcudluğu ilə bağlı fikirləri yerli boks ictimaiyyətində birmənalı qarşılanmayıb.
İdman.Biz-in məlumatına görə, tanınmış keçmiş boksçu, 2005-ci il dünya ikincisi Elçin Əlizadə tamamilə fərqli düşünür. O deyib:
“Əfsuslar olsun ki, idmançılarımıza və şəxsən Hüseynovun özünə böyük hörmətim olsa da, bu gün vəziyyəti etiraf etməliyik: nəinki dünya, hətta Avropa çempionu ola biləcək yerli boksçumuz yoxdur. Özümüzü tərifləməyə ehtiyac yoxdur. Yalnız bir-iki legionerimiz var ki, bunu bacara bilərlər vəssalam. Üstəlik, bir neçə il öncəyə qədər dünya boksunda dominantlıq edən rus idmançıları yarışlara buraxılmır, ukraynalılar isə əvvəlki gücündə deyillər. Ona görə də özümüzü aldatmayaq - bizdə hələ ki, nə Ağası Məmmədov (dünya çempionu – red.), nə də elə Rövşən Hüseynovun (Avropa çempionu – red.) səviyyəsində yerli boksçular var, nə də yaxın gələcəkdə belə birinin olacağı gözlənilir".
Vüqar Vüqarlı
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.