Balakən rayonunda kafedə ər-arvad arasında mübahisə dava ilə nəticələnib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Balakən şəhərindəki “Elit” adlı kafedə baş verib.
1993-cü il təvəllüdlü Aydın Səlimov həmin kafeyə gələrək orada ofisiant işləyən qeyri-rəsmi münasibətdə olduğu Mahirə (ad-soyad şərti veriib – red.) ilə mübahisə edib. Ucadan nalayiq ifadələrlə qadını təhqir edib.
Təqsirləndirilən şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.
İş üzrə ifadə verən A.Səlimov bildirib ki, 3 ildən çoxdur Balakən rayon sakini Mahirə ilə dini kəbinlə ər-arvad münasibətində yaşayır: “Bir həftə əvvəl Mahirə “Elit” adlı kafedə ofisiant kimi işləməyə başladı. Onun kafedə işləməsini istəmirdim. Bu səbəbdən aramızda narazılıq yarandı və ayrıldıq”.