Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın "Kolumbiyadakı narkotik fabriklərini məhv etməkdən qürur duyardım" ifadəsini tənqid edib.
Publika.az xəbər verir ki, Petro bu barədə sosial media hesabında paylaşım edib.
"Mənim administrasiyam dövründə 10 366 kokain istehsalı laboratoriyasının məhv edilməsindən qürur duyuram. ABŞ dövlət katibi Marko bunu Trampa deməyib. Heç kim ona bunları demir", - Kolumbiya lideri yazıb.
Qeyd edək ki, Tramp son çıxışlarından birində Kolumbiyanın narkotik istehsalında əhəmiyyətli rol oynadığını iddia edib.