Bazar ertəsindən cüməyə qədər istisnasız olaraq, 93 yaşlı Sesiliya Qomezə idman zalında rast gəlmək olar. Nyu-Yorkda yaşayan nənə onilliklər boyu hər gün səhər 10:00-dan 13:00-dək Smittaundakı "Gold's Gym" idman zalına gedir...
Poliqon xəbər verir ki, bu barədə Business Insider yazıb.
"Buraya gəlmək mənim üçün bir növ din kimidir", deyə Sesiliya bölüşüb.
O, özünün demək olar ki, mükəmməl vəziyyətdə olduğunu və özünü 50 yaşında hiss etdiyini bildirib: "Mən futbol oynaya bilirəm, basketbol oynayıram, istədiyim hər şeyi edə bilirəm".
O, həmçinin nəşrə aşağıdakılardan ibarət olan uzunömürlülük sırrını açıb: müntəzəm ünsiyyət, sağlam qidalanma və ən əsası - müntəzəm idman.
"İnsanlar "Mən də sənin kimi olmaq istəyirəm" deyəndə, mən cavab verirəm: "İdman zalına xoş gəlmisiniz", deyə Qomez bildirib.
Qadın, məşq qruplarında ən yaşlı iştirakçı olduğunu vurulayıb.
Sesiliyanın 60 yaşlı qızı Pat Şnayder isə qeyd edib ki, onun anası rəqabəti çox sevir — gəncliyində həmişə onu dodgeball (yaxalanan topu) oyununda birinci seçərdilər. Həmçinin uşaqlıqda o, açıq havada çox vaxt keçirib.
İndi onun tipik məşqi 3 kq-a qədər ağırlığı olan dambelləri başı üzərində qaldırmaq və yerində məşq kimi güc məşqləri və kardio məşqlərinin birləşməsindən ibarətdir.
Nəşr qeyd edir ki, qadın 65 yaşdan yuxarı yetkinlər üçün nəzərdə tutulmuş və uyğun Medicare proqramlarının iştirakçıları üçün pulsuz olan "SilverSneakers" proqramı çərçivəsində dərslərə qatılır.
Qeyd edək ki, bu yaxınlarda Qomez fitnessa sədaqətinə görə "İlin Üzvü" mükafatına layiq görülüb.
İdman zalından əlavə, qadının fikrincə, onun uzunömürlülüyünün sirri düzgün qidalanmadır. Sesiliya danışıb ki, lobya onun rasionun əsas məhsuludur. Onları o, tez-tez düyü və tərəvəzlərlə birlikdə yeyir.
Nəşr qeyd edir ki, bu təvazökar paxlalı məhsul "mavi zonalar"da — Yerdə ən uzunömürlü insanların yaşadığı regionlarda əsas qida məhsulu olduğu üçün uzunömürlüyə böyük təsir göstərir.
Qomez həmçinin banan (qələvi üçün yaxşı mənbədir və ürəyi dəstəkləyir) və portağal (immun sistemini gücləndirməyə kömək edən C vitamini ilə zəngindir) kimi digər məhsulları da sevir.
93 yaşlı qadının qızı həmçinin qeyd edib ki, onun anası ünsiyyəti çox sevir. Onun fikrincə, bu, onun yaxşı sağlamlığının və yüksək enerjisinin əsas amilidir.
"Bu, onun uzunömürlülüyünün açarıdır — o, həmişə hər kəslə ünsiyyətdə fəal olur. Nəvələri, nəticələri ilə. O, heç vaxt tək olmur", deyə Şnayder bölüşüb.
Ana və qızı birlikdə yaşayırlar və hər bazar günü bütün ailə nahar üçün toplaşır. Sesiliyanın uzunömürlüyə töhfə verən ictimai həyatına həmçinin kilsə xorunda oxumaq, idman zalında məşqdən əvvəl və sonra dostları ilə söhbət etmək də daxildir.
Poliqon.info