AZ

Rusiya bu gecə də narahat olub: Ukrayna 65 PUA ilə hücum edib

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiyanın dörd regionu, Qara dəniz və Azov dənizi üzərində 65 Ukrayna pilotsuz təyyarəsini vurub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə, noyabrın 18-i saat 23:00-dan (Moskva vaxtı ilə) noyabrın 19-u səhər saat 7:00-a kimi Ukraynaya məxsus 65 pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub”, - məlumatda deyilir.

Onlardan 16-nın Qara dəniz üzərində, 14-nün Voronej vilayəti və Krasnodar diyarı üzərində, 11-nin isə Belqorod vilayəti üzərində vurulduğu qeyd edilir.

Seçilən
35
publika.az

1Mənbələr