2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında Avropanı təmsil edəcək 16 milli komandadan 12-si məlumdur.
Publika.az xəbər verir ki, həmin yığmalar seçmə mərhələdə öz qruplarının qalibi kimi mundiala birbaşa vəsiqə qazanıb, qalan 4 yer isə pley-off oyunlarında müəyyənləşdiriləcək.
Dünya çempionatına birbaşa vəsiqə qazanan Avropa yığmaları Almaniya, İsveçrə, Şotlandiya, Fransa, İspaniya, Portuqaliya, Niderland, Avstriya, Norveç, Belçika, İngiltərə və Xorvatiyadır.
Pley-offda ümumilikdə 16 komanda iştirak edəcək. 12 komanda – seçmə mərhələnin qrupunda ikinci yeri tutanlar və 4 komanda – Millətlər Liqasının qrup qaliblərindən (Avropa seçmə mərhələsində ilk iki yerə düşməyənlər) ibarətdir.
Qruplarda ikinci olan və pley-offa yüksələn komandalar: Slovakiya, Kosovo, Danimarka, Ukrayna, Türkiyə, İrlandiya, Polşa, Bosniya və Herseqovina, İtaliya, Uels, Albaniya, Çexiya.