Sumqayıt şəhəri istiqamətində qəzaya görə avtomobillərin hərəkətinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən tunelin giriş hissəsinə və Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilmişdi.
Mətləb