18 noyabrda Ukrayna Silahlı Qüvvələri Rusiyanın Voronej şəhərinə ABŞ istehsalı olan dörd ATACMS ballistik raketi ilə zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiyanın "S-400" və "Pantsir" raket sistemləri bütün raketləri ələ keçirib və raketin qalıqları gerontologiya mərkəzinin və uşaq evinin damlarına zərər vurub.
İtki olmayıb.
Musavat.com