Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakının Binəqədi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Bildirilib ki, qəza səbəbindən tunelə giriş hissə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Qeyd edilib ki, hazırda hərəkətin bərpa olunması üçün polis və FHN əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
***
Sözügedən yollarda hərəkət bərpa olunub.
***
Hadisə anının görüntüsünü təqdim edirik:
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.