AZ

Sənət adamları Mədəniyyət Nazirliyi ilə üz-üzə

Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə yayılan açıqlamalarda bir sıra incəsənət nümayəndələri iddia edirlər ki, dövlət tədbirlərinə dəvətlərdə şəffaf seçim mexanizmi yoxdur.

Hafta.az İTV-yə istinadən xəbər verir ki, onların sözlərinə görə, illərdir bu siyahıda eyni adlar olur.

Məsələ ilə bağlı Təranə Mahmudova bildirib ki, uzun illərdir caz vokalla məşğul olan müğənni kimi heç bir dövlət tədbirinə dəvət almır.

"Artıq neçə ildir ki, caz vokalla məşğul olan bir musiqiçi kimi heç bir dövlət tədbirində yoxam. Ümumiyyətlə, Azərbaycanı təmsil etmək istəyirəm. Neçə dəfə müraciət etmişəm, caz konsertlərimin olduğunu söyləmişəm. Dünyanın məşhur müğənnilərini bura dəvət etmişəm. Mənim hazır qrupum da var. Azərbaycanımızı təmsil edə bilərəm".

Kamança ifaçısı Şəhriyar Musayev də məsələyə münasibət bildirib:

"Bu altı ay ərzində bizdən izahatlar götürüldü. Tək mən deyiləm, bir çox ifaçılar. Pərviz Qasımov, Almaxanım özü, bir çox sənətçilər dəvət olundu. Bizimlə daxili nəzarət şöbəsi əlaqə saxladı. İzahatlar alınsa da, çox təəssüf ki, altı ay ərzində nəticəsiz qaldı".

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, yayılan iddialarla bağlı araşdırmalar aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik:

Seçilən
10
11
hafta.az

10Mənbələr