AZ

ABŞ-ın yüksək məmurunun İrəvanda uydurma abidəni ziyarət etməsi yanlış və ziyanlı olduğunu...


"Bakı-Xəbər qəzetinin baş redaktoru politoloq Aydın Quliyev özünün Facebook səhifəsində maraqlı paylaşım edib.

A.Quliyev yazır:

İrəvanda səfərdə olan ABŞ Dövlət katibinin müavini Hukerin uydurma “genosid abidəsini” ziyarət etməsi yanlış, ziyanlı və yersiz addımdır.

Əvvəla, İrəvanda olan bütün ABŞ məmurlarının bu uydurma abidəni mütləq ziyarət etmələrinə dair pozulmaz qayda yoxdur. Həmin abidəyə baş çəkməyən nə qədər amerikalı məmurlar olub...

2. Prezident Trampın özü “genosid” məsələsində Baydendən şox fərqli davranır və hətta Amerikada seçkinin ən qızğın çağlarında belə ermənilərin "genosid emosiyasını" coşduran bir addım atmadı. Administrasiyada prezidentdən fərqli davranış anormal görünür.

3. Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə normallaşmasına Trampın yeni baxışlarını gətirdiyini rəsmi etiraf edən bir diplomatın əslində bu prosesin məntiqinə zidd getməsi başa düşülən deyil.

4. Hukerin bu "ziyarətlə" bölgənin iki həlledici dövlətinin etimadını zədələməsi strateji olaraq səhvdir.

5. Huker Azərbaycanı heç qane etməyən bu addımın ardınca Bakıya da səfər edəcəyini nə əcəb unutdu?

6. Kimsə deyə bilər ki, Huker əvvəlki ABŞ prezidentinin(?) tanıdığı "simvolu" ziyarət etməklə öz dövlət protokoluna uyğunlaşmaq zorunda idi.

Unudulmamalıdır ki, Huker hazırda Trampın administrasiya üzvüdür və Tramp demək olar ki, Baydenin bütün irsindən imtina edib.

Mətləb

Seçilən
44
baki-xeber.com

1Mənbələr