AZ

“Araz Naxçıvan” “Araz Mərdəkan” olmağa doğru dörd klubumuz hələ də didərgindi...

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Misli premyer-liqasının 12-ci turunun açılış qarşılaşması Yevlaxda olacaq. Bəli, artıq PFL “Karvan-Yevlax”ın Yevlaxda oynamasına xeyir-dua verib.Çempionatımızdakı məcburi köçkünlərin sayı bir vahid də azaldı. 12 komandadan beşi təmsil etdiyi regionda oynamırdı, qaldı dördü.“Araz-Naxçıvan” 3-cü mövsümdü elitada mübarizə aparır. Amma nə Naxçıvandakı stadionun təmiri başlayıb, nə də PFL və AFFA bu yöndə kluba təzyiq göstərir. Bir mövsüm də oynasalar, komanda olacaq “Araz-Mərdəkan”.“İmişli” iki tur Şamaxıda oynadı, sonra köçdü Qubaya. Klub rəhbərliyi ilə rayonun icra hakimiyyəti arasında problem var deyə, hikkədən nə İmişlidəki stadionu təmir edirlər, nə də yeni stadion tikməyə çalışmırlar. Ev oyunlarını da bilinməyən müddətə qədər Qubada keçirəcəklər.“Kəpəz” isə martda, apreldə qayıtmalıdı. Qəbələdə oynasalar da, Gəncəyə köçənə qədər Tovuza ayaq qoymaq istəyirlər. Stadionun vəziyyəti buna imkan, nəzakətli “Turan Tovuz” rəhbərliyi icazə versə, bəlkə... Amma belə çətin.“Qarabağ”, ay “Qarabağ”. Erməni işğalına görə saysız-hesabsız vətəndaşımızla yanaşı, “Qarabağ” da qaçqın düşüb. Açığı, Ağdam elə vəziyyətdədi ki, bu boyda klub necə getsin? Amma heç stadionun təmiri ilə bağlı da yeni xəbər yoxdu. Ümid edək ki, bir gün “Qarabağ” Avropa nəhənglərini “İmarət”də qəbul edər.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
icma.az

2Mənbələr