AZ

"Estevao yeni Neymar ola bilər"

“Çelsi”nin əfsanəvi kapitanı Con Terri London klubunun 18 yaşlı futbolçusu Estevao Villianın çıxışını yüksək qiymətləndirib.  

90deqiqe.Az xəbər verir ki, "talkSPORT" 44 yaşlı sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Estevao əsl superulduzdur. Bu gənc yaşda etdiyi işlər möhtəşəmdir. O, artıq vacib oyunlarda oyunu üzərinə götürə biləcəyini göstərib. Razıyam, o, yeni Neymar ola bilər. Son illərdə Kol Palmer üzərinə çox təzyiq düşürdü, lakin Estevaoda bu qədər olmayacaq – o da qol vurur. Bu, komanda üçün çox faydalıdır”

Qeyd edək ki, braziliyalı gənc Avropada tez uyğunlaşaraq “mavilər” üçün vacib oyunçuya çevrilib.Estevao ötən yay “Palmeyras”dan “Çelsi”yə transfer olunub.

Seçilən
36
90deqiqe.az

1Mənbələr