AZ

Tramp: ABŞ neft və qaz ehtiyatlarına görə dünyada liderdir

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika Birləşmiş Ştatları neft və qaz ehtiyatlarının həcminə görə bütün digər ölkələri, o cümlədən Səudiyyə Ərəbistanını geridə qoyur.

Onun çıxışının videosu Ağ Evin rəsmi YouTube kanalında dərc olunub.

Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüş zamanı Tramp ABŞ-ın enerji resursları baxımından üstün mövqedə olduğunu vurğulayıb.

“Bizdə demək olar ki, hamıdan çox neft var. Əslində, neft və qaz ehtiyatlarımız onlarınkından da çoxdur… Biz hamıdan irəlidəyik”, — deyə ABŞ prezidenti bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
37
editor.az

1Mənbələr