AZ

Ukrayna ATACMS raketləri ilə RUSİYANI VURDU

Ukrayna Rusiyanın ərazisindəki hərbi obyektlərə zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə edib.

Publika.az "RBK-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahının "Telegram" kanalında məlumat verilib.

“Ukrayna Silahlı Qüvvələri ATACMS taktiki raket komplekslərini uğurla tətbiq edərək Rusiyanın ərazisindəki hərbi obyektlərə dəqiq zərbə endirib”, – Baş Qərargahın açıqlamasında deyilir.

Ukrayna müdafiəçilərinin hansı obyektləri hədəf aldığı hələlik məlum deyil.

Ukrayna hərbi komandanlığı vurğulayıb ki, bu hücum ölkənin suverenliyinə sadiqliyini göstərən əlamətdar hadisədir. Baş Qərargah əlavə edib ki, ukraynalılar rus hücumlarının daimi çağırışlarına baxmayaraq dözümlü qalır və qətiyyət nümayiş etdirirlər.

Seçilən
60
publika.az

1Mənbələr