AZ

Narkotik yüklü gəmi məhv edilib

ABŞ-nin "Cənub nizəsi" əməliyyat qrupu Sakit Okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmini məhv edib.

Avtosfer.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Cənub Komandanlığı sosial şəbəkədə məlumat yayıb.

ABŞ hərbi departamentinin birgə döyüş komandanlığı gəmiyə zərbənin hərbi nazir Pit Heqsetin göstərişi ilə həyata keçirildiyini açıqlayıb.

İlkin məlumatlara görə, gəmidə olan 3 qaçaqmalçı da məhv edilib. Qeyd olunub ki, gəmi Sakit Okeanın şərqində narkotik vasitələri daşıyırmış və beynəlxalq sularda atəşə məruz qalıb.

Seçilən
39
1
avtosfer.az

2Mənbələr