BAKI, 18 noyabr. TELEQRAF
“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-göylər" Yusif İmanovu heyətinə qatıb.
23 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Xatırladaq ki, İmanov son olaraq "Sabah" klubunun formasını geyinib.