AZ

İstanbulda hoteldə bir ailənin müəmmalı ölümü: İlkin hesabat açıqlandı

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 9-da İstanbulun Fatih rayonunda dörd nəfərlik Böcek ailəsinin şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmə-tibbi ekspertizanın ilkin rəyi açıqlanıb.

Moderator.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

Hesabata əsasən, ailə üzvlərinin qaldıqları hoteldə kimyəvi maddəyə məruz qalma ehtimalı daha çoxdur. Qida zəhərlənməsi ehtimalı isə arxa plana keçirilib.

Qeyd edək ki, istintaq çərçivəsində saxlanılan 11 nəfərdən dördü həbs edilib.

Xatırladaq ki, Beşiktaşdakı bir restoranda yemək yedikdən sonra qida zəhərlənməsi şübhəsi ilə Fatih rayonunda qaldıqları hoteldən xəstəxanaya aparılan Kadir Muhammet və Masal Böcek, eləcə də onların anaları Çiğdem Böcek həyatlarını itiriblər. Ata Servet Böcek xəstəxanada müalicə almasına baxmayaraq, noyabrın 17-də dünyasını dəyişib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
8
moderator.az

10Mənbələr