AZ

Pedaqoji Universitetdə Təhsil Tələbə Kredit Fondunun infosessiyası keçirilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Tələbə Kredit Fondunun fəaliyyətinə dair infosessiya keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, infosessiyanın məqsədi tələbələri təhsil kreditlərinə müraciət prosesi, güzəştlər və ödəmə mexanizmləri barədə daha dolğun məlumatlandırmaq olub.

Tədbirdə universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev tələbələrin sosial rifahının yüksəldilməsi, təhsilə əlçatanlığın təmin edilməsi və dövlət dəstəyinin genişləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə danışıb.

Təhsil Tələbə Kredit Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova təqdimatla çıxış edib. Təqdimatda fondun fəaliyyət prinsipləri, kreditlərin növləri, müraciət meyarları, tələbələr üçün yaradılan rəqəmsal imkanlar və müraciət zamanı yetirilməli əsas məqamlar barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, tələbələrin fərdi müraciətləri dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
1
azertag.az

2Mənbələr