AZ

Direktor müavinini güllələyib, 25 şagirdi qaçırtdılar

Bir qrup silahlı şəxs Nigeriyanın şimal-qərbindəki Maqa şəhərindəki internat məktəbinə hücum edib.

Naməlum silahlı şəxslər zorla 25 şagirdi qaçırdıqdan sonra direktor müavinini güllələyərək öldürüblər. Bir müəllim yaralanıb və hazırda xəstəxanadadır. CNN-in məlumatına görə, hələlik heç bir məlum qrup cinayətə görə məsuliyyəti öz üzərinə götürməyib.

Hücum bazar ertəsi səhər saat 4:00-da, şagirdlər hələ yatarkən baş verib. Silahlı şəxslər məktəb hasarından aşaraq binaya girib və uşaqları yaxınlıqdakı meşəyə aparıblar.
Qeyd edək ki, son onilliklərdə Nigeriyada uşaqların qaçırılması çoxsaylı silahlı qruplar üçün adi bir təcrübəyə çevrilib və onlar daha sonra fidyə tələb ediblər. Ən böyük adam oğurluğu 2014-cü ildə Çibokdakı məktəbdən 270 qızı aparan “Boko Haram” yaraqlıları tərəfindən törədilib.

2024-cü ilin mart ayında yaraqlılar Kurigadakı bir məktəbdən 200-dən çox uşağı qaçırıblar.

//Samir Qurbanov, Editor.az

Seçilən
32
editor.az

1Mənbələr