AZ

Aİ qlobal rəqəmsal transformasiyaya 306 milyard avrodan çox vəsait ayırıb - Səfir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) “Global Gateway” təşəbbüsü çərçivəsindəqlobal bağlantı və rəqəmsal transformasiyaya 306 milyard avrodançox vəsait ayırıb.

Trend xəbərverir ki, bunu Polşanın Azərbaycandakı səfiri Pavel Radomski bu günBakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransında(WTDC-25) deyib.

Onun sözlərinə görə, təşəbbüsün məqsədi dünyanı ictimai və özəlinvestisiyalar vasitəsilə birləşdirmək, ağıllı və təhlükəsiz qlobaləlaqələr yaratmaqdır:

"AB rəqəmsal transformasiyanı 2030 gündəliyi və davamlı inkişafməqsədlərinə nail olmaq üçün vacib sayır. Eyni zamanda iqlimdəyişikliyi ilə mübarizə və davamlı inkişaf üçün insan hüquqlarınaəsaslanan etik və dayanıqlı rəqəmsal ekosistemin yaradılmasınıdəstəkləyir".

Səfir vurğulayıb ki, Avropa İttifaqı bərabərlik, inklüzivlik vəuniversal çıxış imkanlarının təmin edilməsini prioritet hesabedir:

"Təşəbbüs çərçivəsində hələ də internetə çıxışı olmayan 2,6milyard insanın əlaqəyə çıxarılması üçün peyk sistemlərindən vəfiber-optik xətlərdən istifadə təşviq olunur".

Məqalədə:
Seçilən
41
az.trend.az

1Mənbələr