AZ

Yeni Azərbaycan Partiyasının 33 illiyi: Ulu Öndər Heydər Əliyev irsinin davamı və cənab Prezident İlham Əliyevin modern siyasi liderlik modeli

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın müasir siyasi tarixində xüsusi yer tutan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 33 il ötür. 1992-ci ilin çətin və ziddiyyətli geosiyasi şəraitində formalaşan bu siyasi təşkilat, qısa zamanda milli dövlətçilik ideyalarının bayraqdarı, Azərbaycan cəmiyyətinin dayağı və ölkənin siyasi inkişaf kursunun lokomotivi oldu. Bu gün YAP-ın 33 illiyi təkcə bir partiyanın yaranma tarixi deyil, müstəqilliyin möhkəmləndirilməsi yolunda qəbul edilmiş ən həlledici qərarlardan birinin ildönümüdür.

Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində, YAP-ın yaranması tarixi zərurət oldu.

1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi dərin sınaqlardan keçirdi. Siyasi idarəolunmazlıq, separatizm təhlükəsi, iqtisadi çöküş və Ermənistanın təcavüzü ölkəni ağır vəziyyətə salmışdı. Belə bir dövrdə geniş ictimai təbəqələr tərəfindən Ulu öndər Heydər Əliyevə ünvanlanan müraciətə Ulu Öndər müdrik şəkildə cavab verdi və 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyası yaradıldı.

YAP-ın yaranması Azərbaycan cəmiyyətinin tələbi idi. Bu, yalnız siyasi təşkilatın qurulması deyil, müstəqil dövlətçiliyin xilası prosesində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər partiyanın fəaliyyətini xalqın iradəsinə, milli maraqlara və dövlətçilik ənənələrinə əsaslanaraq formalaşdırdı. Onun rəhbərliyi ilə YAP qısa müddətdə ölkədə aparıcı siyasi qüvvəyə çevrildi və Azərbaycanı parçalanmadan inkişaf yoluna çıxaran strategiyanın siyasi dayağı oldu. Və beləliklə, YAP-ı dövlətçilik məktəbi və milli ideologiyanın siyasi sütunu kimi formalaşdı.

YAP-ın 33 illik fəaliyyəti Azərbaycan dövlətçilik modelinin siyasi-strateji əsaslarını formalaşdırdı. Partiyanın ideya xətti Ulu Öndərin əsas prinsiplərinə söykənirdi:

Güclü dövlət, güclü ordu konsepsiyasıMilli həmrəyliyin təmin edilməsiTolerantlıq və multikulturalizm siyasətiİqtisadi inkişafın əsas prioritet olması

Azərbaycanın regionda lider dövlətə çevrilməsi.Bu konsepsiyalar sonrakı dövrdə dövlət siyasətinin ideoloji bazasına çevirildi və ölkənin bütün sahələrdə irəliləyişinə təkan verdi.

Cənab Prezident İlham Əliyev YAP-ı müasir inkişaf mərhələsinə aparan siyasi liderdir!

2003-cü ildən sonra Yeni Azərbaycan Partiyasının inkişafında yeni mərhələ başlandı. Cənab Prezident İlham Əliyev həm ölkənin rəhbəri, həm də YAP-ın sədri kimi partiyanın müasir dövrün çağırışlarına uyğun transformasiyasını həyata keçirdi. Bu mərhələnin əsas xüsusiyyətləri aşağıdakılardır:

1. Müasir idarəçilik modeli və siyasi modernizasiya

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP dövlət idarəçiliyində səmərəliliyi artıran, institusional islahatları dəstəkləyən əsas siyasi qüvvə kimi fəaliyyət göstərdi. Kadr islahatları, şəffaflıq mexanizmləri, rəqəmsal dövlət xidmətləri partiyanın yeni dövrə uyğunlaşmasının nümunəsidir.

2. Milli maraqlara söykənən güclü xarici siyasət

Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış diplomatiya Azərbaycanı regional və qlobal səviyyədə strateji oyunçuya çevirdi. Bu siyasət YAP-ın dövlətçilik xəttinin əsas ideoloji dayağı kimi davam etdi.

3. 44 günlük Zəfər və tarixi ədalətin bərpası

2020-ci il Vətən müharibəsi cənab Prezident İlham Əliyevin siyasi iradəsinin və YAP-ın dövlətçilik kursunun parlaq nəticəsi oldu. Azərbaycanın ərazi bütövlüyü təmin edildi, yeni tarixi reallıq formalaşdı və bu, YAP-ın ölkənin milli birliyi və gücünün simvolu kimi mövqeyini daha da möhkəmləndirdi.

4. Postmüharibə quruculuğu və Böyük Qayıdış

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və inkişaf layihələri YAP-ın modern siyasi xəttinin davamı olmaqla, Azərbaycanın gələcək nəsillərə yönəlmiş strateji hədəflərini əks etdirir.

Ulu Öndər Heydər Əliyev: Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

Bu gün YAP təkcə siyasi təşkilat deyil, həm də, cəmiyyətin modernləşməsi prosesində aparıcı platforma, Azərbaycanın beynəlxalq imicinin güclənməsinin ideoloji dayağı, dövlətçilik maraqlarının qoruyucusu və gənc nəslin siyasi təhsil və inkişaf meydanı kimi çıxış edir.

Partiyanın 800 minə yaxın üzvü olması onun geniş sosial bazaya, yüksək etimada və cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyinə malik olduğunu göstərir.

YAP-ın 33 illik tarixi Azərbaycan dövlətçiliyinin quruculuq salnaməsidir. Ulu Öndər Heydər Əliyevin siyasi irsindən qaynaqlanan bu yol cənab Prezident İlham Əliyevin müasir, çevik, qlobal düşüncəyə malik liderliyi ilə yeni keyfiyyət mərhələsinə yüksəlib. Yeni Azərbaycan Partiyası bu gün də Azərbaycanın sabitliyinin, inkişafının və milli maraqlara əsaslanan siyasi kursun təminatçısı olaraq fəaliyyətini uğurla davam etdirir.

33 illik yubiley YAP-ın tarixdəki rolunun tərənnümü olmaqla yanaşı, Azərbaycanın gələcək inkişaf strategiyasının da əsas ideoloji dayağı kimi xüsusi əhəmiyyət daşıyır.

Sonda Yeni Azərbaycan Partiyasının fəal üzvi olaraq, başda Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş komandan, cənab Prezident İlham Əliyev olmaqla bütün partiya silahdaşlarımızı Yubiley münasibətilə təbrik edir, siyasi fəaliyyətlərində bol uğurlar arzu edirəm!

Nicat İsmayılov

Politoloq Nicat İsmayılov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
bizimyol.info

1Mənbələr