ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
"Mövcud şəraitdə Tramp Maduro ilə danışıq yolunu da sınaqdan keçirəcək və sonrakı addımları onun nəticəsinə əsasən atacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Venesuela prezidenti Nikolas Maduronun ABŞ lideri Donald Trampla dialoqa açıq olduğu barədə mesajını şərh edərkən deyib.
Həmsöhbətimiz bildirib ki, Trampın ABŞ-ın xarici düşmənləri səviyyəsinə qaldırdığı narkokartellərin fəaliyyəti, əslində, Amerika üçün dövlət təhlükəsizliyi səviyyəsinə qalxmış bir məsələdir:
"Məsələ ondadır ki, artıq bu tək narkokartellərin narotik satması məsələsi ilə bitmir. Həmin narkokartellərin arxasında müəyyən dünya gücləri, müəyyən dövlətlər dayanır. XIX əsrin ortalarında Tsin imperiyası rəhbərliyini Çində tiryək plantasiyalarının salınması və satışına razı salmaq üçün Böyük Britaniya, Fransa və ABŞ üç dəfə "Tiryək müharibəsi” adı altında müharibələr aparıblar. Çin və Qərb dövlətləri arasında ticarət, suverenlik və tiryək ticarəti ilə bağlı münaqişələr Tiyək Müharibələri zamanı Çin tarixində tarixi dönüşə gətirib çıxardı. Çin inkişaf etdikcə Qərbin cavabını da onların yolu ilə verməyə başladı".

Politoloq düşünür ki, Trampın Venesuella və Kolumbiya narkokartellərin üzərinə getməsi də onların arxasında məhz Çinin dayanması səbəbindən qaynaqlanır:
"Yəni Trampın narkokartellərin ABŞ-a narkotik trafikini kəsmək istəyi bilavasitə Çinin ABŞ-a təsir gücünü azaltmaq məqsədi daşıyır".
Ekspert hesab edir ki, Tramp müharibənin qaçılmaz olduğuna ehtiyac duysa, birmənalı şəkildə buna gedəcək:
"Tramp bu məsələdə qətiyyətlidir və ordu rəhbərliyi də onun arxasındadır. Böyük ehtimalla, Tramp indilikdə Maduroyla danışıq yolunu da yoxlayacaq. Müharibə son ehtimaldır. Çünki ABŞ-ın Venesuelaya hərbi müdaxilə üçün haqlı səbəbləri olsa da, belə bir addıma gedilməsi dünya birliyində xoş qarşılanmayacaq”.
Qeyd edək ki, başının üzərində "qara buludlar”ın dolaşdığı Venesuela prezidenti Nikolas Maduro ABŞ lideri Donald Trampla dialoqa açıq olduğunu bildirib: "ABŞ-da Venesuela ilə danışmaq istəyən hər kəs heç bir problem olmadan üz-üzə danışacaq".
Maduro əlavə edib ki, yalnız diplomatiya azad ölkələrə və hökumətlərə bir-birini başa düşməyə və yalnız dialoq onlara qarşılıqlı maraq doğuran məsələlərdə ortaq məxrəc tapmağa imkan verəcək.
Bundan bir qədər əvvəl isə Tramp Maduro ilə müəyyən bir vaxtda danışmağa hazır olduğunu bildirərək potensial diplomatik yol gördüyünə işarə edib.
Rüfət Sultan
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.