AZ

Tramp "xüsusi elçi"sini də Türkiyəyə göndərir: İstanbulda nə planlaşdırılır?

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Türkiyəyə səfər edəcək. Onun məqsədi Rusiya və Ukrayna arasında danışıqları bərpa etməkdir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, xüsusi elçi çərşənbə günü Türkiyəyə səfər edəcək və Zelenski ilə planlaşdırılan danışıqlara qatılacaq.

Qeyd edilir ki, iyul ayında İstanbul görüşündən sonra Kiyev və Moskva arasında heç bir təkbətək danışıqlar aparılmayıb. Ukrayna və Rusiya İstanbulda minlərlə hərbi əsir və həlak olmuş əsgərlərin qalıqlarının mübadiləsinə imkan verən bir neçə raund danışıqlar aparıblar. Bununla belə, atəşkəslə bağlı heç bir irəliləyiş əldə olunmayıb.

Zelenskinin sözlərinə görə, hazırda Rusiya Federasiyası ilə danışıqların intensivləşdirilməsi, eləcə də Ukraynanın tərəfdaşlarına təklif olunacaq həllərin işlənib hazırlanması üzrə hazırlıq gedir. Zelenski həmçinin bildirib ki, Kiyev hərbi əsirlərin mübadiləsinin bərpası üzərində işləyir.

Seçilən
35
publika.az

1Mənbələr