AZ

Tramp Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarəsi satacaq

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarəsi satmağa hazır olduqlarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

 “Bunu etməyi planlaşdırıram. Onlar əla müttəfiqdirlər. İranın vəziyyətinə baxın, onların nüvə imkanlarını məhv etmək üçün etdiklərimizə baxın. Bəli, bunu edəcəyimizi deyə bilərəm. Onlara F-35-ləri satacağıq”, - Tramp qeyd edib.

ABŞ Prezidenti daha əvvəlki açıqlamalarında da Ər-Riyada F-35 sata biləcəklərini və bu məsələni qiymətləndirdiklərini bildirmişdi.

Seçilən
29
operativmm.az

1Mənbələr