AZ

Tramp: Bu ölkəyə hərbi müdaxilə edə bilərik

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Meksika ilə mümkün hərbi müdaxilə barədə danışıqlar apardığını bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, “Reuters” və NBC telekanallarının məlumatına görə, Tramp Latın Amerikasında “narkotik kartellərinə qarşı” olduğunu iddia etdiyi hücumlarını Meksikanı da əhatə edəcək şəkildə genişləndirə biləcəyini deyib. 

Tramp bazar ertəsi günü Oval Ofisdə verdiyi açıqlamada belə deyib:

“Narkotiki dayandırmaq üçün Meksikada hücumlara başlaya bilərəmmi? Mənim üçün problem deyil. Meksika ilə danışıram. Onlar mənim mövqeyimi bilirlər”. 

Tramp ABŞ-nin artıq bir hədəf siyahısı hazırladığını da üstüörtülü şəkildə ifadə edib. Jurnalistlərə açıqlamasında Tramp deyib: 

“Bütün yolları, hər bir narkotik baronunun ünvanını bilirik, qapılarını tanıyırıq. Onlar haqqında hər şeyi bilirik”. 

Xatırladaq ki, yanvar ayında yenidən vəzifəyə başladıqdan sonra Tramp Konqresin təsdiqi olmadan Karib dənizi və Latın Amerikanın Sakit okean sahillərində hərbi hücumlar həyata keçirib. Sentyabr ayından bəri narkotik daşıdığı iddia edilən 21 gəmi vurulub və 80-dən çox insan öldürülüb. Bu gəmilərin narkotik kartelləri ilə əlaqəsi olduğuna dair ictimaiyyətə sübut təqdim edilməyib. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr