AZ

Xəzər dənizində su səviyyəsinin enməsinin 15-20 il davam edəcəyi gözlənilir - Coğrafiya İnstitutu

Bakı. Trend:

Xəzər dənizi bəzi ərazilərdə 100 metr, 150 metr, 200 metrçəkilib. Qızılağac körfəzi ərazisində isə Xəzər 2 kilometrə qədərçəkilib. Bu prosesin 15-20 il də davam edəcəyi gözlənilir.

Bunu Trend-əaçıqlamasında Coğrafiya İnstitutunun Xəzər dənizi sahillərinin vədibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləridoktoru, professor Əmir Əliyev bildirib.

"Son bir əsrdə Xəzərin səviyyəsində 3 dəfə kəskin dəyişiklikolub. Birinci dəfə 1930-cu ildən 1977-ci ilə qədər dənizinsəviyyəsi 3.2 metrə qədər aşağı düşmüşdü. 1978-ci ildən 1995-ci iləqədər dənizin səviyyəsi 2.5 metr qalxıb.1996-cı ildən bugünə qədərisə Xəzər dənizinin səviyyəsi 2.1 metrə qədər aşağı düşüb.

Xəzərin ən mühüm xüsusiyyəti su səviyyəsinin həmişə dəyişkənolmağıdır. Son dəfə 1805-ci ildə Xəzərin səviyyəsi yüksək olub.Hesablamalar göstərir ki, bu proses təxminən 2040-2050-ci illərəqədər davam edəcək. Ondan sonra yeni proseslər Xəzərin səviyyəsininqalxmasına səbəb olacaq".

Əmir Əliyev vurğulayıb ki, Xəzərin səviyyəsinin düşməsiAzərbaycan ərazisində əsasən gəmiçilik təsərrüfatına, balıqçılığa,neft-qaz sənayesinə və kənd təsərrüfatına böyük təsir edir.

"1978-ci ildən 1995-ci ilə qədərki dövrdə dəniz səviyyəsinin 2.5metr yüksəlməsi zamanı Azərbaycan sahil zonasında 50 min hektarayaxın torpaq suyun altında qalmışdı. Həmin vaxt təsərrüfatlaradəyən ziyanın miqdarı 2 milyard amerika dolları olmuşdu. Hazırdahəmin su altda qalan ərazilər suyun altından çıxır. Təxminən 80faiz ərazi suyun altından çıxıb. Qeyd etmək lazımdır ki, buprosesdə ən intensiv subasma Azərbaycanın cənub ərazilərinin payınadüşmüşdü.

Xəzər dənizində su səviyyəsinin azalmasının əsas 3 səbəbi var:İqlim dəyişiklikləri – bu, təxminən 75-80 faizini təşkil edir;Antropogen təsirlər – 10-15 faiz; Yerdə qalanı isə tektonikproseslərin payına düşür.

Son illərdə Xəzər dənizinin səviyyəsi düşmə mərhələsindədir vəbu, təbii prosesdir. Əsas səbəb dənizin su balansının dəyişməsidir.Xəzər dənizinin su balansını iqlim parametrləri təyin edir. Gəlirhissəsini çay suları, dənizin birbaşa səthinə yağan yağıntılar,yeraltı sular, məxaric hissəsini isə dəniz səthində gedənbuxarlanma və Qaraboğazqol körfəzinə gedən axınlar təşkil edir.

Hazırda Xəzər dənizinə gələn suyun 80 faizini Volqa çayıgətirir. Volqa çayının suyunun formalaşmasında Şimali Atlantikaüzərində yaranan siklonlar və anti-siklonlardır.

İkinci səbəb antropogen təsirlərdir. Burda əsasən Xəzərə gələnVolqa çayının suyundan əvəzsiz götürmələrdir. Son illərdə bugötürmələrin miqdarı ildə 40 kubkilometrə çatır.

Bu sular əsasən içmək üçün götürülür. Xəzərə gələn Volqa çayınınhövzəsində təxminən 120 milyon əhali yaşayır. Bu əhalinin suya,kənd təsərrüfatına olan tələbatı Volqa çayının hesabına ödənilir.Son illərdə bu ərazilərdə enerji istehsal edən su elektrikstansiyalarının qurulması da prosesə təsir edir. Eyni zamanda,kiçik stansiyalar üçün su anbarları da tikilir. Bütün bunlar Xəzərdənizinə tökülməli olan Volqa suyunun azalmasına səbəb olur.

Dünyada gedən qlobal istiləşmə də Xəzərdə dəniz suyununtemperaturunu artırır, nəticədə buxarlanmanın artmasına səbəb olur.Buxarlanmanın artması, Xəzərə gələn suların azalması Xəzərdənizinin son 20 ildə səviyyəsinin düşməsinə səbəb olub. Bu, ildətəxminən 15-20 santimetr deməkdir. Qeyd etdiymiz kimi, Xəzərinsəviyyəsinin enməsi periodik prosesdir. Prosesinqanunauyğunluqlarını bilməklə Xəzər dənizi ilə harmoniyada yaşamaqlazımdır".

Seçilən
89
6
az.trend.az

7Mənbələr