2-ci Liqanın 9-cu turunda öz meydanında "Kür-Araz"ı 4:0 hesabı ilə üstələyən "Qaradağ Lökbatan" xallarının sayını 24-ə çatdıraraq şərikli lider mövqeyində qaldı. Meydan sahiblərinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb darmadağını şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyun istədiyimiz kimi başladı. Qollarımızı 1-ci hissədə vurduq. Təəssüf ki, ilk yarının sonlarında qırmızı vərəqə aldıq və bununla da, planlarımız pozuldu. Əsas məqsədimiz "Xankəndi" ilə aramızda olan qol fərqini aradan qaldırmaqdır. Bəzi epizodlarda futbolçuların tələskənlik etdiklərinə görə imkanları dəyərləndirə bilmədik. Yenə də qələbə qazandığı üçün komandamı təbrik edirəm. Növbəti oyuna daha yaxşı hazırlaşmaq, həmin qarşılaşmayadək bu matçda yol verdiyimiz səhvləri aradan qaldırmaq istəyirik".
Nihat