AZ

Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi

Bakı. Trend:

Hər zaman korporativ sosial məsuliyyət layihələrinə xüsusi önəmverən Ziraat Bank Azərbaycan, bir daha gənclər arasında maliyyəsavadlılığının artırılmasına yönəlmiş növbəti maarifləndiricilayihəsini həyata keçirib.

Bankın korporativ sosial məsuliyyət strategiyası çərçivəsindəHədəf Liseyinin 9, 10 və 11-ci sinif şagirdləri Banka dəvət olunubvə burada fəaliyyət göstərən departamentlərin iş prinsipləri iləəyani şəkildə tanış olublar.

Departamentlərlə tanışlıqdan sonra şagirdlərə depozit və kreditanlayışları, onların hesablanma mexanizmləri, nağdsız ödənişlərinnövləri və təhlükəsizlik prinsipləri, eləcə də POS terminallarınınişləmə qaydası barədə ətraflı məlumat verilib.

Şagirlərə həmçinin mobil bankçılığın iş prinsipləri nümayişetdirilib və izah olunub. Layihə çərçivəsində 20-dən çox şagirdbank əməliyyatlarını praktiki şəkildə yerindəcə izləyərək maliyyəqərarlarının verilməsində əsas prinsipləri öyrənib.

Ziraat Bank Azərbaycan ASC, 161 illik tarixə malik TürkiyəRespublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir.

Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul vəxidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalarvasitəsilə təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram, X-platforması, Linkedin, YouTubesosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.

Seçilən
82
10
az.trend.az

10Mənbələr