AZ

Tramp: Lazım olsa, Meksikanı bombalayaram

ABŞ Meksikanı bombalamağı istisna etmir.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp narkotik kartellərinə qarşı mübarizə çərçivəsində Meksika ərazisinə hərbi zərbələrin endirilməsini mümkün hesab etdiyini bildirib.

Tramp açıqlamasında Meksikaya qarşı hava zərbələrinin onu “heç də narahat etmədiyini” deyib:

“Narkotikləri dayandırmaq üçün Meksikaya zərbə endirəcəyəmmi? Mən bunun əleyhinə deyiləm. Nə lazımsa edərəm ki, narkotik axını dayansın.”

Onun sözləri ABŞ-də geniş rezonans doğurub. Ekspertlər qeyd edir ki, belə bəyanatlar Vaşinqton və Mexiko arasında diplomatik gərginliyi artırır.

Meksika rəhbərliyi isə əvvəlki oxşar açıqlamalara kəskin reaksiya verərək, ölkə suverenliyinə hər hansı müdaxiləni qəbuledilməz adlandırmışdı.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
1
interpress.az

2Mənbələr