AZ

Azərbaycan millisi son sınağında Malta ilə qarşılaşır

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu yığmanı turnirdən meydan sahibi Malta yola salacaq. 

13-cü qrupda yer alan təmsilçimiz Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda bu ölkədən olan həmyaşıdları ilə üz-üzə gələcək və görüş Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Qarşılaşmanı Finlandiya və Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

Avropa çempionatı
13-cü qrup
18 noyabr

14:00. Şimali İrlandiya (U-19) - Azərbaycan (U-19)
Hakimlər: Oliver Reytala, Olli Yantuel (hər ikisi Finlandiya), Aleksey Dolqix, Sayat Karabayev (hər ikisi Qazaxıstan). 
Ta Qali. “Senteneri” stadionu. 

Seçilən
27
fanat.az

1Mənbələr