ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda fəaliyyət göstərən avtomobil salonlarından birinin elanı diqqət çəkir.
“Cebheinfo.az” xəbər verir ki, satışa “Ferrari” çıxarılıb.
2024-cü il istehsalı olan avtomobil “Purosangue” modelidir. Onun mühərrik həcmi 6,5 litr həcmindədir.
Sözügedən maşın 725 at gücündədir və cəmi 8 min 229 yürüş məsafəsinə sahibdir. Bu avtomobilin qiyməti isə 1 milyon 321 min 325 manatdır.
Dəri salon və panorama lyuka sahib “Ferrari” turbo mühərriklə təchiz olunub. Bundan başqa, modelin oturacaqların isidilməsi, oturacaqların ventilyasiyası, dəri salon, 360 dərəcə kamera və yağış sensoru kimi üstünlükləri var.
O da qeyd olunub ki, avtomobil hazırda ABŞ-dədir və yalnız sifarişlər ölkəyə gətirilir.
Elmir Mustafa
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.