Bakı. Trend:
Noyabrın 18-də Bakıda Beynəlxalq Münasibətlərin TəhliliMərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-ABŞ BeyinMərkəzlərinin birinci Forumu keçirilir.
Trend xəbər verir ki, “OrtaqBaxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu”mövzusuna həsr edilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ciForumunda “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycanmünasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonraErmənistan-Azərbaycan sülh prosesi”, “Enerji təhlükəsizliyi vəbağlantılar” mövzularına həsr edilmiş sessiyalar təşkilediləcək.
Tədbirdə Azərbaycan hökumətinin nümayəndələri, yerli beyinmərkəzləri və Atlantik Şurası, Yeni Xəttlər İnstitutu, Hudsonİnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu və "The NationalInterest" jurnalı da daxil olmaqla Amerika beyin mərkəzlərininmütəxəssisləri iştirak edirlər.
Forumda 2025-ci il Vaşinqton sammitinin nəticələri, Ermənistanvə Azərbaycan arasında sülh prosesi və Azərbaycanın Mərkəzi Asiyailə Avropa arasında enerji, nəqliyyat və rəqəmsal texnologiyalarsahəsində əlaqələndirici rol oynaması ilə bağlı müzakirələraparılacaq.
İştirakçılar ölkələr arasında strateji tərəfdaşlığıngücləndirilməsi imkanlarını, regional əməkdaşlığı və Avrasiyadadavamlı inkişafa, təhlükəsizliyə və iqtisadi inteqrasiyaya yönəlmiştəşəbbüsləri müzakirə edəcəklər.
Xəbər yenilənəcək