AZ

İrəvanda banka basqın edilib

İrəvanda "BTB Bank"ın filiallarından birinə silahlı basqın edilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, banka daxil olan silahlı şəxsin üzərində "Əgər pulumu geri verməsəniz, 20 saniyəyə hər şeyi partladacağam" sözləri yazılmış plakat olub.

 

Məlumata görə, hüquq-mühafizə orqanları hadisə yerinə çatana qədər cinayətkar pulu götürərək qaçıb.

 

Bankdan oğurlanan məbləğin 1 milyon dramdan (təxminən 4 454 manat) çox olduğu bildirilir.

Seçilən
54
1
senzor.az

2Mənbələr