AZ

Əlil oğlunu vəhşiliklə öldürən ana intihardan VAZ KEÇDİ – İnanılmaz SƏBƏB

Rusiyada oğlunun başını kəsən ana intihardan imtina edib, səbəb isə pişikləri olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva vilayətinin Balaşıxa şəhərində 31 yaşlı qadının öz 5 yaşlı oğlunu qəddar şəkildə öldürdüyü cinayət işi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Hadisədən dərhal sonra qadının intihara cəhd etdiyi, lakin son anda fikrindən daşındığı məlum olub.

İlkin məlumatlara görə, qadının bədənində yeni kəsik izləri tapılıb. Qadının sonradan müstəntiqlərə izah etdiyi kimi, o, dörd pişiyinin taleyindən çox narahat olduğu üçün intihar etmək fikrini dəyişib.

Qohumlar da təsdiqləyiblər ki,qadının ev heyvanlarını uşaqlarından daha çox sevirdi. Şübhəli tez-tez sosial mediada pişiklərin təsvir olunduğu rəsmlər və neyroart əsərləri paylaşırdı.

Hazırda qadın özünə gətirilib, dindirilməsində psixiatr iştirak edir. Onun şizofreniya diaqnozu olduğu rəsmən təsdiqlənib. Yaxın günlərdə məhkəmə ona qarşı qətimkan tədbiri seçəcək.

Qeyd edək ki, Balaşixada hissələrə parçalanmış oğlan əlil idi və yeriyə bilmirdi.

Uşaq anası və onun tanışı ilə birlikdə yaşayırdı və ana qətl izlərini gizlətmək üçün uşağın başını gölə aparıb və başı orada çantada tapılıb.

Oğlanın cəsədinin digər hissəsi balkonda başqa bir çantada gizlədilib – onu da mişarla doğramağı planlaşdırıblar.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
69
35
interpress.az

10Mənbələr