“Mançester Yunayted”in hücumçusu Benyamin Şeşkonun durumuna aydınlıq gəlib.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 11-ci turunda “Tottenhem”ə qarşı keçirilən matçda zədə alan sloveniyalı forvard bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Şeşko 4 həftə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, bu yay “Leyptsiq”dən “Mançester Yunayed”ə transfer olunan Şeşko bütün turnirlər nəzərə alınmaqla 11 matçda 2 qol vurub. 1 dəfə məhsuldar ötürmə müəlifi olib.