AZ

İslam o qələbəyə görə milyonlar qazanıb: Məbləğ açıqlandı

ain.az, Olke.az saytına istinadən bildirir.

Amerikanın “Sporty Salaries” portalı ötən həftəsonu Nyu-Yorkda (ABŞ) baş tutan qarışıq döyüş növləri üzrə UFC 322 turnirinin iştirakçılarının aldığı mükafatı açıqlayıb.

UFC 322-nin əsas yarışında İslam Mahaçev avstraliyalı Cek Della Maddalenanı məğlub edərək çempion olub.

Ölkə.az xəbər verir ki, Mahaçovun ümumi qazancı 3,332 milyon dollar təşkil edib. İslam oktaqonda çıxışına görə 800 000 dollar, sponsorluq müqavilələrindən 32 000 dollar və hər baxışa görə ödənişli satışlardan 2,5 milyon dollar qazanıb.

Onun rəqibi Cek Della Maddalena 1,992 milyon dollar qazanıb (oktaqonda çıxışı üçün 750 min dollar, sponsorlardan 42 min dollar və hər baxışa görə ödənişli satışdan 1,2 milyon dollar).(publika.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
olke.az

1Mənbələr