AZ

Saakaşvilinin Ukraynaya qaytarılması tələbi RƏDD EDİLDİ

Saakaşvilinin Ukraynaya qaytarılması tələbi rədd edilib.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası’ məlumat yayıb.

Gürcüstan parlamenti bildirib ki, sabiq prezident Mixeil Saakaşvili Ukraynaya göndərilməyəcək.

Rəsmi açıqlamaya görə, o, Gürcüstanda “haqq etdiyi cəzanı” çəkir və ölkədən çıxarılması gündəmdə deyil.

Bundan öncə Ukrayna Prezidenti Administrasiyasının müşaviri Mixail Podolyak Tbilisiyə müraciət edərək Saakaşvilinin ya Ukraynaya, ya da heç olmasa müalicə üçün başqa bir ölkəyə köçürülməsini xahiş etmişdi.

Gürcü deputatı Quram Maçaraşvili isə sərt cavab verib: “Daha yaxşı olardı ki, Podolyak öz ölkəsinə baxsın — oradakı vəziyyət çox kədərlidir”.

Saakaşvili özü də daha əvvəl prezident Zelenskidən xahiş etmişdi ki, onu əsir mübadiləsi siyahısına daxil etsinlər. Bu müraciət də nəticə verməyib.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
48
3
interpress.az

10Mənbələr