DÇ-2026-nın seçmə oyununda Gürcüstana 4:0 hesabıyla qalib gələn İspaniya yığması yeni rekord müəyyən edib.
"Football-plus.az" xəbər verir ki, ardıcıl 30-cu məğlubiyyətsiz oyununu keçirən milli komanda Visente Del Boskenin rəhbərliyi altında qeydə alınan rekordu yeniləyib. İspaniya Del Boske ilə 2010-cu ildən 2013-cü ilə qədər məğlubiyyətə uğramayıb.
Luis de la Fuentenin komandası isə 2023-cü ildən indiyədək uduzmur. İspaniya ötən müddət ərzində Millətlər Liqasının və Avropa çempionatının qalibi olub.
İspaniya yığması hazırda DÇ-2026-nın seçmə mərhələsində 5 oyuna 15 xalla E qrupunda liderdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta