Tom Kruz 45 illik karyerasında ilk dəfə “Oskar” qazandı
Minval.info xəbər verir ki, Hollivud ulduzu Tom Kruz 45 illik karyerası ərzində ilk dəfə “Oskar” mükafatına layiq görülüb.
BAKU.WS-ın məlumatına görə, mükafat aktyora “16th Governors Awards” mərasimində təqdim olunub. “Oskar”ı meksikalı rejissor Alehandro Qonzalez Kruza təqdim edib.
Hollivuddakı “Ray Dolby Balo” salonunda baş tutan mərasimdə Kruz çıxış edərək bildirib:
“Film çəkmək mənim işim deyil, kimliyimdir”.
Qeyd edək ki, Tom Kruz bundan əvvəl 4 dəfə “Oskar”a namizəd olsa da, mükafatı heç vaxt qazana bilməmişdi.
Minval.info